Əsas Səhifə > Karusel / Sosial > “Seçkilərdən sonra Rəsulzadəylə bağlı bizdə də müəyyən addımlar atılacaq”

“Seçkilərdən sonra Rəsulzadəylə bağlı bizdə də müəyyən addımlar atılacaq”


6-02-2020, 00:04


Xəbər verdiyimiz kimi Türkiyədə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adı böyük parklardan birinə veriləcək. 

Bu haqda Türkiyə Anıtlar Dərnəyinin sədri Səlcuq Önal məlumat verib və o, deyib ki, məsələylə bağlı Turqutlu bələdiyyəsi qərar qəbul edib.

Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Rəsulzadənin adının əbədiləşdirilməsiylə bağlı atılan bu cür addımların təqdirəlayiq olduğunu bildirdi:

“Rəsulzadəyə qarşı həmişə kampaniya aparılıb və onun demokratik respublika qurulmasındakı rolunu gözdən salmağa çalışıblar. Son zamanlar isə vəziyyət dəyişib, toplantılar, müraciətlər, Rəsulzadənin adının əbədiləşdirilməsi və ev muzeyinin açılması kimi məsələlərin gündəmə gəlməsindən məlum olur ki, artıq dövlət tərəfindən buna diqqət var. Ona görə də hesab edirəm ki, seçkilərdən sonra 28 may ərəfəsində Rəsulzadəylə bağlı bizdə də müəyyən addımlar atılacaq və buna doğru gedilir. Bununla yanaşı, düşünürəm ki, Rəsulzadənin məzarını Azərbaycan Cümhuriyyət müstəqilliyinin baniləriylə bağlı ideyalar bərqərar olandan sonra ölkəyə gətirmək realdır və bunu etmək vacibdir. Amma indiki vəziyyətdə buna tələsmək lazım deyil. Biz Türkiyədə Rəsulzadəylə bağlı görülən işlərdən örnək götürməliyik”.



Geri qayıt