Ramiz Əzizbəylinin son durumu... - FOTO






Xəzər TV-nin rəhbəri, xalq artisti Murad Dadaşov xalq artisti Ramiz Əzizbəylini ziyarət edib.

Kult.az xəbər verir ki, M.Dadaşov xalq artistinin mənzilindən foto paylaşaraq onun səhhətinin yaxşı olduğunu bildirib.

"Ramiz Əzizbəylinin yanında idim. Söz verdi ki, Allahın köməyi ilə sağalan kimi ilk olaraq bizim telekanalda qonaq olacaq", - M.Dadaşov qeyd edib.

Qeyd edək ki, xalq artistinin ayağında qanqren yarandığı üçün ayaq barmağı amputasiya olunmuşdu.


Facebook-da paylaş