“Sosial şəbəkələr sosial fəlakətə gətirib çıxarır” - “Apple” baş direktoru



Sərmayə gücünə görə dünyanın ən böyük texnologiya şirkəti sayılan “Apple”in baş direktoru Tim Kuk sosial şəbəkələri sərt şəkildə tənqid edib.

Musavat.com xarici agentlitklərə istinadən xəbər verir ki, texnologiya nəhənginin rəhbəri onlayn platformaların daha çox istifadəçi yığmağa, onların məlumatlarını toplamağa üstünlük verdiklərini, bununla da insanlar arasında ekstremizmi qütbləşməni doğurduqlarını, habelə onları təhlükəli sui-qəsdləri həyata keçirməyə sövq etdiyini düşündüyünü söyləyib.

“Bir çoxları “bunun nəticəsi necə olacaq” yerinə, “bizə neçəyə başa gələcək” sualını verir. Hazırda peyvəndlərə qarşı ictimai inamı sarsıdan çağırışlara qarşı dözümlülüyün nəticələrini düşünən varmı? Bəs minlərlə insanın ektremist qruplara qoşulmasının nəticələri necə olacaq”,-deyə Tim Kuk bildirib.

“Beynəlxalq kompüterlər, məxfilik və məlumatlaırn qorunması” adlı konfransda çıxış edən “Apple” in baş direktoru bütün bunlara göz yummağın sonun gəlib çatdığını düşünür.

“Biz sosial dilemmaların sosial fəlakətlərə gətirb çıxarmasına imkan verməməliyik”,-deyə o fikrini ifadə edib.

Qeyd edək ki, Apple şirkəti “iPhone”larda yüklənən əlavələrin insanların şəxsi həyatını izləməsinin qarşısını alan yeni sistemi buraxmağa hazırlaşır.


Facebook-da paylaş