Karantin niyə yumşaldıldı? - Səbəb açıqlandı






Pandemiyanın ikinci dalğasının aşağı mərhələsindəyik. Ümid edirik ki, bu proses bir neçə həftə davam etdikdən sonra sabitləşəcək.

AzFakt.info xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, sonrakı mərhələdə yenə də yoluxmaların sayının artması mümkün ola bilər:

“Bunun qarşısını vaksinasiyadan istifadə ilə almaq olar. Brifinqin ikinci hissəsində vaksinasiya barədə danışılacaq.
Yoluxma əmsalının 31%-dən 5%-ə enməsi bizə imkan verdi ki, karantin rejimində yumşalmaya gedək".


Facebook-da paylaş