“Artıq Rusiyaya onların heç bir ehtiyacı qalmır” - Tofiq Zülfüqarov



Cozef Bayden administrasiyası indiki mərhələdə ermənipərəst imicə malikdir.

Bunu Qaynarinfo.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, onun diaspor nümayəndələri ilə bəzi bəyanatları onu göstərir ki, uzun müddətdir görülməyən ermənipərəst administrasiya hakimiyyətə gəlib:

“Təbii ki, bu, Azərbaycan üçün müəyyən təhlükələr yaradır. Bu təhlükələr ondan ibarətdir ki, artıq Ermənistanın siyasətində qərbpərəst elementlər daha da güclənəcək. Bu bəllidir. Çünki Ermənistanın qərbyönlü siyasətinə heç bir maneə olmayacaq. İndi onların Qərblə inteqrasiyası daha da güclənəcək. Artıq Rusiyaya onların heç bir ehtiyacı qalmır”.

Tofiq Zülfüqarov qeyd edib ki, buna cavab olaraq Qərb siyasətçiləri də Ermənistana dəstək verəcəklər.


Facebook-da paylaş