"Müharibənin bitdiyini bilmirdim" - VİDEO



“Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində Vətənə qayıtmışıq və doğmalarımıza qovuşmuşuq”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu deyib.

O bildirib ki, əsirlikdə olan vaxtı işgəncələrə məruz qalıb: “Düşmən tərəfindən beynəlxalq hüquqa riayət olunmur. Əsirlikdə olan zaman müharibənin bitdiyini bilmirdim. Dekabrın 10-da gördüm ki, ermənilər televizorda bizim parada baxırlar. Ermənilər isə Paşinyan, Paşinyan qışqırırdılar. Fikirləşdim ki, Ordumuz qələbə çalıb ki, bu cür hallar baş verir. Bir daha Ali Baş Komandana Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”.




Facebook-da paylaş