“Dünyanın 30-a yaxın ölkəsində böyük səhnələrdə konsert vermişəm, amma...”



“Oranın torpağının, havasının, suyunun hər bir nemətini insan həsrətlə gözləyir. Biz neçə il idi gözləyirdik ki, torpaqlarımız işağaldan azad edilsin və gedib o yerləri ziyarət edək”

Bunu Moderator.az-a açıqlamasında xanəndə Mirələm Mirələmov deyib. M.Mirələmov Şuşaya səfər edən sənətçilər arasında olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib:

“Əlbəttə, mənim də Şuşaya birinci səfərim idi. Oranın torpağının, havasının, suyunun hər bir nemətini insan həsrətlə gözləyir. Biz neçə il idi gözləyirdik ki, torpaqlarımız işağaldan azad edilsin və gedib o yerləri ziyarət edək. Ona görə Allah qismət elədi və mən də Şuşaya ilk gedən sənətçilərdən oldum. Orda ilk olaraq Gövhər Ağa məscidində azan oxuduq. Bu mənim üçün arzuladığım günlərdən biri idi ki, mən orda azan oxudum. Daha sonra Cıdır düzündə konsert proqramı hazırlandı. Dünyanın 30-a yaxın ölkəsində olmuşam və böyük səhnələrdə konsert vermişəm, amma bu Cıdır düzündəki konsertin bir zərrəsi ola bilməz. Bu insanın arzuladığı istəklərdən biri idi. Mən özümü heç vaxt tək şirvanlı saymamışam. Düşünürəm ki, hər birimizin ürəyi o yerlərlə döyünür”. 


Facebook-da paylaş