Rəşid Behbudovun həyat yoldaşı vəfat etdi






Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.
AzFakt.info xəbər verir ki, bu barədə APA-ya məlumatı Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, C. Behbudova mayın 2-də dünyasını dəyişib: “Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”.


Facebook-da paylaş