Türkiyə də sülhyaratma prosesində olacaq - İLHAM ƏLİYEV

 
“Münaqişənin dayandırılmasında Türkiyə və Rusiya liderlərinin rolu böyük oldu. Bu münaqişənin dayandırlmasında yeni bir mexanizm yaradıldı. Sülhməramlılar bölgədə olacaq. Razılaşmaya əsasən Rusiya və Türkiyə sülhməramlıları da bölgədə olacaq”.

AzFakt.info xəbər verir ki, bunu İlham Əliyev xalqa müraciətində deyib.

Prezident, həmçinin deyib ki, onun təkidi ilə Naxçıvanla Azərbaycan arasında birbaşa quru yollarla əlaqəsi də təmin ediləcək: “Bu tarixi addımdır. Çünki, mənfur düşmən 90-cı ildə Naxçıvanı mühasirəyə almışdı. Muxtar Respublika ağır durumda idi. Ulu öndər  Heydər Əliyevin cəsarəti nəticəsində Naxçıvan işğala məruz qalmadı. Mən naxçıvanlıları da təbrik edirəm. Bildirirəm ki, onlar da ikinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstəriblər, şəhidlər veriblər”.


Facebook-da paylaş