“Ermənistan vurduğu ziyanın maddi qarşılığını ödəməlidir” – “Hökmən!”

Mirmahmud Mirəlioğlu: “Bu, həm tarixi ədalət, həm də gələcək baxımından önəmlidir”



Son vaxtlar Ermənistanın Azərbaycan ərazisində törətdiyi talanlara görə beynəlxalq məhkəməyə verilməsi, rəsmi İrəvana qarşı kompensasiya tələbinin irəli sürülməsi ilə bağlı iddialar aktuallaşmaqdadır.
 
Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Ermənistana qarşı belə bir tələbin irəli sürülməsinin zəruri olduğunu vurğulayıb:
 
“Təbii ki, Azərbaycan tam, yekun qələbə qazanandan, Ermənistan təslim olmaqla bağlı müqavilə bağlayandan sonra onun Azərbaycana ödəyəcəyi təzminat da mütləq müəyyənləşməlidir. Ermənistan tərəfindən bu təzminat hökmən ödənilməlidir. Bu, mütləqdir. Belə bir addımın atılması həm də ədalətin öz yerini alması, həm gələcək nəsillər, həm də ermənilərə tarixi dərs üçün gərəklidir. Beynəlxalq qanunlar da bunu tələb edir. İşğalçıların taleyi də hər zaman belə olub. İşğalçılar mütləq etdikləri əməllərə görə cavab verməlidirlər. Biz həm dövlət olaraq Ermənistana qarşı kompensasiya tələbi irəli sürməliyik. Həm də öz mülkünü, ev-eşiyini, təsərrüfatını itirən insanlarımız fərd olaraq Ermənistana qarşı kompensasiya tələbi irəli sürməlidir. Indidən bu yöndə əlaqədar dövlət quurmları müəyyən araşdırma və hesablamalar həyata keçirməlidir. Ermənistan vurduğu ziyanın qarşılığını ödəməlidir. Bunun başqa yolu yoxdur”.


Facebook-da paylaş