“Düşünürəm ki, Azərbaycan Ordusu qısa zamanda məsələyə son qoymalıdır...”



“Açığını deyim ki, Paşinyan həddən artıq radikal millətçi və psixası yerində olmayan bir adamdır. Bu səbəbdən də o, bir saat bundan əvvəl dediyi sözü sonradan danır”

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Politoloqun bildirib ki, bu gün dünyanın hegemon dövlətləri Azərbaycana və qardaş Türkiyəyə təzyiq etməyə çalışır ki, müharibəni dayandıraq:

“Açığını deyim ki, Paşinyan həddən artıq radikal millətçi və psixası yerində olmayan bir adamdır. Bu səbəbdən də o, bir saat bundan əvvəl dediyi sözü sonradan danır. Buna görə də Paşinyanla danışıqlara, sülhə getmək çətindir. Bununla yanaşı, Paşinyanın arvadı Anna Akopyan deyir ki, 13 qadınla Qarabağa döyüşə gələcək. Bu qadının da psixoloji problemi var, o, Azərbaycan Ordusunun qarşısını ala bilərmi? Bütün bunlar mənə çox təəccüblü gəlir. Digər tərəfdən də Amerika, Rusiya, Fransa, BMT Təhlükəsizlik Şurasının üzvləri bizə təzyiqi artırır. Türkiyənin özünə də təzyiqlər var və hətta sankiyalarla hədələnir. Bu səbəbdən də bizim ordumuz tələsir ki, torpaqlarımızı qısa zamanda işğaldan azad etsin və onlar isə çalışırlar ki, qarşımızı alsınlar. Onlar qərb dövlətlərinin, beynəlxalq təşkilatların nə edəcəyini gözəl bilirlər. Onlar istəyir ki, Azərbaycan müharibəni dayandırsın və yenə bizimlə danışıqlara başlasınlar. Düşünürəm ki, Azərbaycan Ordusu qısa zamanda məsələyə son qoymalıdır. Ona görə də danışıqlar prosesinin uğurla nəticələnəciyini zənn etmirəm. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşünə də normal proqnoz vermirəm, məncə, nazirlər görüşəcəklər, amma ordu öz işinə davam edəcək”.


Facebook-da paylaş