“Rusiya işğalçını silahlandırmaqla Ermənistanın cinayətkar ortağına çevrilir”

Cümşüd Nuriyev: “Bu, ilk növbədə Rusiyanın özünə başucalığı gətirmir”



Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları zamanı çıxış edən Azərbaycan Repsublikasının prezidenti İlham Əliyev bir daha Ermənistanın himayədar dövlətlər tərəfindən silahlanması prosesinə diqqət çəkib, bunun işğalçı ölkəni sülh danışıqlarından imtinaya sövq edən əsas səbəblərdən biri kimi xarakterizə edib. Ölkə başçısı qeyd edib ki, iyulun 17-dən sentyabra qədər Ermənistana min tondan artıq silah-sursat verilib. Hansı ki, kasıb Ermənistana bu silahların pulsuz verildiyi məlumdur.
 
Maraqlıdır, işğalçı Ermənistanı davamlı şəkildə silahlandıran Rusiyanı buna görə beynəlxalq hüquq sisteminə istiunadən ittiham edib cəzalandırmaq mümkündürmü?
 
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Rusiyanın məlum addımının bu dövlətin özünə başucalığı gətirmədiyini qeyd etdi:
 
“Əslində cənab prezident bu faktı açıqlamaqla Azərbaycanın nə qədər güclü bir dövlət olduğunu göstərdi. Çünki silahın ötürülməsi son dərəcəəd gizli şəkildə həyata keçirilən bir əəliyyatdır. Azərbaycanın təhlükəsizlik qüvvələri yüksək səviyyədə inkişaf edib ki, Rusiyanın bu gizli əməliyyatlarını faş etdi.
 
Silahların başqa ölkələrə verilməsinə nəzarətlə bağlı beynəlxalq bir sistem yoxdur. Beynəlxalq hüquqda bunun satışı ilə bağlı məsələlər var.
 
Silah satan dövlətəlr beynəlxalq hüquqda bu cür müddəların yer almasında maraqlı deyil. Beynəlxalq hüquq dövlətlərin konsensusa gəldiyi kömüllü razılaşmalardır. Lakin burada Cenevrə sazişinin pozulduğu göz önündədir. Insan hüquq və azadlıqları pozulur. Rusiyanın Ermənistana verdiyi silah Azərbaycan hərbçilərinin ölümü ilə nəticələnir. Rusiya birmənalı şəkildə Ermənistanın cinayətkar ortağına çevrilir. Moskva bu missiyanı öz üzərinə götürməklə böyük bir xətaya yol verir.
 
Cənab prezident bununla bağlı Putinə öz iradını bildirəndən sonra Rusiya tərəfi iddia etdi ki, guya bu yüklər Gümrüdəki rus bazası üçün nəzərdə tutulub və tikinti materiallarıdır. Bunun arxasında Rusiyanın imperialist siaysəti dayanır. Rusiya bu gün də Azərbyacana münasibətdə səmimi deyil. Rusiya faktiki olaraq Ermənistan adlı terrorist dövlətin yanındadır. Rusiya kimi bir dövlətə terrorçu dövlətlə əməkdaşlıq etmək başucalığı gətirməyib və bundan sonra da gətirməyəcək”.


Facebook-da paylaş