“POLADIN 7 anı” filmində kadrarxası nələr baş verib? - VİDEO



Xəbər verdiyimiz kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən şəhid general-mayor Polad Həşimov haqda “POLADIN 7 anı” adlı film çəkilib. 

Filmin ssenari müəllfi İlham Tumas Moderator.az-a açıqlamasında filmin çəkilişi ilə bağlı təəssüratlarını bölüşüb:

 “Filmin çəkilməsi təklifi İTV-nin rəhbərliyi tərəfindən oldu və sağ olsunlar, Poladı tanıdığım üçün bu iş mənə təklif olundu. Peşəkar çəkiliş qrupumuz formalaşdı. Filmin quruluşçu rejissoru Ruslan Hüseyn, quruluşçu operatoru Samir Musayevdir. Ruslan müəllim başda olmaqla bu filmin ərsəyə gəlməsində çəkiliş qrupunun böyük əziyyəti var. Qurulmuş döyüş səhnələri, filmi baxımlı eləyən bir çox ideyalar da məhz Ruslan Hüseyndən gəldi. Bir də dostlar sağ olsunlar, çox kömək etdilər. Həm Müdafiə Nazirliyi tərəfindən bizə dəstək oldular, həm də Polad Həşimovla bir yerdə döyüşən bizim zabit yoldaşlarımız səfərbər oldular.

Televiziya bizi Polad Həşimovun Türkiyədə olan kursdakı zabit yoldaşları ilə müsahibələr üçün qardaş ölkəyə göndərəməyə də hazır idi. Təəssüf ki, həmin zabitlərlə əlaqəni gec yarada bildik, tapanda da artıq film hazır idi. Demək istəyirəm ki, İctimai Televiziya bu işin arxasında axıra qədər dayandı və sona qədər qrupun yanında oldu. Biz də televiziyanın əməkdaşları kimi əlimizdən nə gəlibsə, onu da etmişik”.




Facebook-da paylaş