“Azərbaycan da Ermənistanı bufer zona elan etməlidir...”

“Tarix boyu həm Türkiyə, həm Azərbaycan xalqı erməni toplumuna nə qədər yaxşılıq etsə də, olayların təhlili göstərir ki, bunlar insan dili ilə anlamaq qabuliyyətindən məhrumdur...”




“Son dövrlərdə işğalçı ermənilər o dərəcədə həyasızlıq, nanəciblik edirlər ki, Azərbaycanın milli qüvvələrinin “ya biz, ya onlar” deməkdən başqa çarəsi qalmır...”

Bu fikri Moderator.az-a açıqlamasında keçmiş Laçın alayının  komandiri, Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından olan Arif Paşa söyləyib.

“Ötən söhbətlərimizdə də qeyd etdiyim kimi, tarix boyu həm Türkiyə, həm Azərbaycan xalqı erməni toplumuna nə qədər yaxşılıq etsə də, onların pisliklərinə yaxşılıqla cavab versə də, onlara qarşı nəciblik nümayiş etdirsə də, onlar bizlərə qarşı daim nankorluq etdilər.  Hadisə və proseslərin, o cümlədən 1988-1994-cü illərdə torpaqlarımızın daha 20 faizinin işğalı, eləcə də bu günədək davam edən “atəşkəs” dövründə baş verən olayların təhlili də göstərir ki, bunlar insan dili ilə anlamaq qabuliyyətindən məhrumdurlar. Ona görə də Azərbaycanın milli qüvvələrinin “ya biz, ya onlar” deməkdən başqa çarəsi qalmır... 

Görün,  Rusiyanın imperialist siyasəti sayəsində iki əsr ərzində tarixi-hüquqi torpaqlarımızda qonaq etdiyimiz  ermənilər sonda nə dərəcədə həyasızlaşdılarsa, Ermənistanı özlərinə dövlət etməklə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini amansız qətliam və işğallar sayəsində nəzarətə götürməklə kifayətlənməyərək ətraf 6 rayonumuzu da  işğal etdilər ki, “bu ərazi bizim təhlükəsizlik – bufer zonamızdır...” O halda belə çıxır ki, Azərbaycan da hücum edərək mütəmadi olaraq sərhəd kəndlərimizin atəşə tutulduğu Ermənistanı – tarixi dədə-baba torpaqlarımızı azad etməli və deməlidir ki, bura da bizim təhlükəsizlik, bufer zonamızdır...” – deyə istefada olan polkovnik vurğulayıb.


Facebook-da paylaş