“Səlahiyyətlərimi bölməyə hazıram” - Lukaşenko



Belarus lideri Aleksandr Lukaşenko zavod işçiləri qarşısında çıxış edib. Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, prezident postunu heç bir halda tərk etməyəcəyini deyib.

“Hakimiyyət devrilən deyil. Siz məni tanıyırsınız. Araqarışdıranlarla məşğul olacağıq. Sadəcə səbr etmək lazımdır”. 

Lukaşenko özünün müqəddəs olmadığını deyib:

“Siz bilirsiniz ki, mən müqəddəs deyiləm. Mənim sərtliyimi bilirsiniz. Əgər mənim sərtliyim olmasaydı, ölkə də olmazdı. Əminsiniz ki, mən sizin övladlarınıza pislik etmərəm və ölkəni heç kəsə vermərəm. Əsas budur”. 

Aleksandr Lukaşenko səlahiyyətlərini bölməyə hazır olduğunu deyib, amma o bunu yalnız Konstitusiya dəyişikliyindən sonra gerçəkləşəcəyini əlavə edib.   


Facebook-da paylaş