İki günlük sərt karantin günlərinin nəticəsi – Millət vəkili açıqladı


İyunun 6-7- də paytaxt Bakıda və ölkənin bir neçə məlum böyük şəhərlərində pandemiya ilə bağlı tətbiq edilən sərt karantin rejimi xəstəliyin yayılmasının qarşısını almaqda effektli olubmu?


Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli bu sualı cavablandırarkən Moderator.az-a bildirib ki, belə tədbirlərin müsbət nəticəsi mütləq gözləniləndir, lakin bu, bir neçə gün sonra özünü göstərəcək:


“Bunun effektini və hansı nəticələr verdiyini biz həmin günlərdən götürsək, bir həftə, ya on gün sonra görəcəyik. Bu, yoluxma sayının düşüşü ilə bəlli olacaq.
Çünki sosial əlaqələrin azalması hesabına yoluxmada müəyyən azalma olacağına inanıram. Ancaq bir məsələ var ki, ondan sonrakı müddətdə də əhali bir qədər də duyarlı yanaşmalıdır.


Yəni sərtləşmiş karantin rejimi bitti və bundan sonra biz bütün işlərimizi əvvəlki qaydada davam etdirsək, istədiyimiz effekti lazım olan səviyyədə əldə etməyə bilərik”.




Facebook-da paylaş