“DTX-nin keçirdiyi əməliyyatlar müəyyən çəkindirmə effekti yaradır”




Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli məmurlara qarşı apardığı korrupsiya və rüşvət əməliyyatları cəmiyyətdə əsasən rəğbət hissi ilə qarşılanır.

Lakin bu əməliyyatların korrupsiyaya qarşı mübarizədə digər qurumların olması halında niyə məhz DTX tərəfindən aparılması da müəyyən suallar yaratmamış deyil.

Vaxtı ilə keçmiş MTN-də nazir müavini postunda çalışmış Sülhəddin Əkbər bunu bir sıra amillərlə izah edib:
   
“Korrupsiya və rüşvətə qarşı mübarizə ilə bir neçə dövlət qurumu məşğul olur, onlardan biri də Dövlət Təhlükəsizlik Xidmətidir. Korrupsiya əməli xüsusilə iri məbləğ olduqda bu DTX-nin nəzarət sahəsinə daxil olur. Eyni zamanda digər qurumlar da bu fəaliyyətlə məşğul ola bilərlər. Lakin burada bir incə məqmı da nəzərə almaq lazımdır.

İlk növbədə, rüşvət və korrupsiyanın sübut olunması, dəlillərin toplanması çətin prosedur olduğundan bir qayda olaraq burada xüsusi əməliyyatın keçirilməsi tələb olunur. Ona görə də bu faktoru nəzərə almaq lazımdır.

İkincisi, DTX-nin keçirdiyi əməliyyatlar müəyyən çəkindirmə effekti yaradır. Yəni, aydın olsun ki, hətta ən yüksək vəzifəli şəxslər də rüşvət və korrupsiyaya görə həbs edilə bilərlər.

Üçüncüsü, burada siyasi amili də nəzərə almaq lazımdır. Məlumdur ki, bu əməliyyatları kimin keçirməsindən asılı olmayaraq burada bir siyasi iradə olmalıdır. Onsuz mümkün deyil. Görünür, dövlətin ən yüksək məqamından iradə və tapşırıq var və bu tapşırıq məhz DTX-ya verilib.(Moderator.az)


Facebook-da paylaş