"O, tez-tez pulu almaq üçün gəlir, sosial mediada yazır, hədələyir..." - Elman Rüstəmov

img



Azərbaycanda zəif bank bəzən açıq, bəzən də gizli yollarla yüksək faizlə əmanətlər cəlb edir və bazarda faizləri qaldırmaqla digər banklar üçün pis nümunə olur".

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

Onun sözlərinə görə, bu cür banklar ölkənin imici üçün də problemdir.

"Məsələn, "Atabank"da bir xarici vətəndaş əmanət yerləşdirib, o, tez-tez pulu almaq üçün ölkəyə gəlir, mediaya çıxır, o cümlədən sosial mediada bu barədə yazır, məhkəmə ilə hədələyib. Təbii ki, sağlam iqtisadiyyatı olan Azərbaycan üçün belə bir reputasiya - hansısa xarici vətəndaşın pulu verilmir - yaxşı hal deyil, ölkənin imici üçün problemdir. Odur ki, qəti şəkildə tapşırıq verilib ki, bu kimi hallar aradan qaldırılsın. Bunu daha tez etmək olardı, amma problemlər yığılıb-qalıb və bunları biz bu gün həll edirik" - deyə o, qeyd edib/Report. 


Facebook-da paylaş