“Rusiyanın belə şəraitdə Ermənistanı dəstəkləməsi real görünmür...”

“Bu körpülərlə bağlı layihələr çoxdandan var idi, 20 il əvvəl də müzakirə olunurdu. Mənim yadımdadır ki, hələ Heydər Əliyevin vaxtında bu cür təkliflər var idi”




Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış yeni şəraitlə bağlı Moderator.az-a müsahibə verib.

 
-Tofiq müəllim, siz son dövrlərdə Ermənistanla hərbi əməliyyatların başlanması ehtimalı ilə bağlı fikirlər səsləndirirsiniz. Hətta son müsahibələrinizin birində müharibənin başlayacağı təqdirdə bunun Ermənistanın sərhədlərini aşacağını söyləmisiniz. Bu mülahizələrində hansı əsaslarla söykənirsiniz?

-Birincisi, onu qeyd etmək lazımdır ki, biz təhlükəsizlik sipəri deyəndə əsasən Rusiya ilə Ermənistan arasında olan sazişi nəzərdə tuturuq. Onların arasında olan saziş səhv etmirəmsə, 1999-cu ildə imzalanıb və orada qeyd edilib ki, mühariəbə olacağı təqdirdə bu ölkələr bir-biri ilə dərhal müzakirələrə başlamalıdırlar.

Bizim də imzladığımız sazişdə təqribən buna yaxın bir bənd var. Bu da onu göstərir ki, təhlükəzilik qarantiyalarından danışarkən, misal üçün NATO-nun təcrübəsini götürsək, orada 5-ci bəndə əsasən birbaşa hansısa hərbi əməliyatlar keçirə bilərlər. Belə bir öhdəlik var. Buradakı fərq göz önündədir. Ermənistanla Rusiya arasında hərbi dəstək müzakirələrdən sonra həyata keçirilə bilər, yəni müəyyən siyasi proseslərdən sonra.
Biz bir şeyi də müşahidə edirik ki, iki ölkə arasında əlaqələr günü-gündən gərginləşir, demək olar ki, hər həftə yeni bir nüans çıxır ortaya. Məsələn, Köçəryanın həbsdən azad edilməsi ilə bağlı, qazın qiyməti ilə bağlı və sair. Hiss olunur ounur ki, Kreml Paşinyanı bir partnyor kimi qəbul etmir.
Bu elementləri sadalamaqda məqsədim odur ki, Ermənistanın bu təhlükəsizlik sipəri xeyli zəifləyib, ya da hətta tam aradan qalxıb.
İkincisi, gəlin Rusiyada gedən proseslərə baxaq. İqtisadi böhran, neftin qiymətinin kəskin düşməsi, qaz ixrac kəmərləri ilə bağlı olanlar, maliyyə böhranı, pandemiya, Ukrayna ətrafında gedən proseslər və digər problemləri sadalamaq mümkündür. Rusiyanın belə şəraitdə Ermənistanı dəstəkləməsi real görünmür. Bu baxımdan, bunun bu və digər şəkildə gələcəkdə ola biləcək hərbi əməliyyatlara təsiri hesab edirəm ki, öz əhəmiyyətini itirib. Ortada digər elementlər də var. Azərbaycanla Ermənistanın hərbi potensialı, demoqrafik vəziyyəti, iqtisadi imkanlar və sair, bu sahədə də Azərbaycan öz üstünlüyünü artırıb.

O da istisna deyil ki, bu və digər şəkildə Paşinyan da hərbi əməliyyatlaırn bərpasını istəyir. Çünki Qərb tərəfindən onun qarşısında Rusiyadan uzaqlaşmaq barədə qoyulan şərtə görə, o anlayır ki, bunu reallaşdırmaq üçün hansısa hərbi əməliyyatlardan sonra Rusiyanı ittiham etməlidir ki, artıq onlar bizə kömək etmirlər və s. Mən də buna görə Qərbə doğru üz tutacam. Bu baxımdan o, ölkənin daxilindən gələn təzyiqi də zərərsizləşdirə bilər və Qərbin real dəstəyini qazana bilər. Ermənilər bir xalq olaraq başa düşürlər ki, Rusiyadan indiyədək onlara lazım olanı alıblar. Artıq indiki mərhələdə Rusiya onlara bundan artıq nəsə verə bilməz. Rusiya indiyədək onların təhlüksəizliyinə, işğalçı siyasətinə dəstək verirdi. Ancaq indi bu yetərli deyil ki, Ermənistan bir dövlət olaraq inkişaf etsin. İndiki mərhələdə bunun üçün onlara investisiyalar, yeni texnologiyalar, yeni iqtisadi əlaqələr lazımdır ki, bunu da Qərblə edə bilərlər.

Bütün bunları da həyata keçirmək üçn mühairəbə təhlükəsi real görünür.
 
-O zaman sanki belə bir mənzərə müşahidə edilir ki, Paşinyan belə nəhayət münaqişənin hərbi yolla həllini istəyir, ancaq Azərbaycan tərəfdən adekvat istək hiss edilmir. Bu yanaşmaya münasibətiniz necədir?

-Biz başa düşməliyik ki, mənim qeyd etdiyim məsələlər hansısa gedişlərin elementləridir, bir tendensiyadır. Təbii ki, bu elementlər güclənir. 1-2 il əvvəl Rusiya-Ermənistan münasibətləri belə deyildi, Rusiyanın iqtisadi vəziyyət də belə deyildi və sair. Bu elementlər, gələcəkdə də müşahidə edəcəyik ki, az qala hər ay daha da güclənir. Onu da istisna etmirəm ki, Azərbaycan rəhbərliyi də bu elementləri görür, onların inkişafını gözləyir və Azərbaycana sərf edən zamanda zərbəni endirməyə hazırlaşır.

Prezidentin Münhendəki çıxışına da baxın. Birmənalı şəkildə, hətta mən deyərdim emosianal formada Paşinyana dedi ki, siz heç vaxt o fikirdə olmayın ki, işğal edilmiş əraziləri özünüzdə saxlaya biləcəksiniz. Bu şəkildə kəskin deyilən sözlər o deməkdir ki, Azərbaycan prezidenti daxilən əmindir ki, heç bir vaxt onlar bu torpaqları özlərində saxlaya bilməyəcəklər, təbii ki, buna uyğun da siyasət aparılır. Həm istisadi sahədə, həm hərbi sahəsində.
 
-Geniş miqyaslı hərbi əməliyyatları başlatmaq bizim üçün hələlik çətindirsə, bunu daha lokal şəkildə etmək mümkün deyilmi? Biz davamlı olaraq işğalçıya hərbi təzyiq göstərə bilmərikmi?

-Təzyiq heç də təkcə o demək deyil ki, bunu səngərdə edəsən. Təmas xəttinə yaxın ərazilərdə hərbi hava qüvvələrinin geniş təlimi keçirilmişdi. Bu da bir növ təzyiqdi. Həm mənəvi baxımdan, həm də düşmənin potensialını aşkara çıxarmaq baxımından. Qoşunların digər təlim əməliyatları da buna xidmət edir. Əslində bu iş daimi olaraq gedir. Ola bilər ki, hansısa mərhələdə məsləhət olacaq ki, bəli, lokal şəkildə, ya da birdəfəlik zərbə vurmağın vaxtı çatıb. Bu məsələni hərbiçilər bizdən daha yaxşı bilirlər.

Əsas odur ki, siyasi qərar artıq formalaşır və cəmiyyət artıq anlayır ki, danışıqlar heç bir nəticə vermir. Əsas olan da budur.  
 
-Son günlər İranın işğal eidlmiş ərazilərimzdə Araz çayı üzərində bir neçə körpü tikməsi ilə bağlı informasiyalar səs-küyə səbəb oldu. Siz bu barədə nə düşünürsünüz?

-Bu körpülərlə bağlı layihələr çoxdandan var idi, 20 il əvvəl də müzakirə olunurdu. Mənim yadımdadır ki, hələ Heydər Əliyevin vaxtında bu cür təkliflər var idi. O zaman Azərbaycanın şərtləri ondan ibarət idi ki, bizim suveren hüquqlarımız bu layidə qorunmalıdır. Bu tikilən obyektlərin əsasında o fikir dayanrıdı ki, iki ölkə də onlardan faydalanacaqdır.

Ancaq məlumdur ki, bu ərazilər işğal altındadır. İran tərəfinə qoyulan şərtlər onlar tərəfindən qəbul edilib ki, bu işğal faktı müvəqqəti xarakter daşıyır və o zamanadək onlar bu işləri görə bilərlər. Amma buraya cəlb edilmiş maliyyə, gələcəkdə enerjinin bölünməsi və sair məsələlər belə qeyd edilib ki, tikinti indi olacaqdır, ancaq sonra hər iki ölkə ondan bəhrələnəcəkdir. Çünki Azərbaycan o fikirdədir ki, bu işğala son qoyulacaq. Hesabedirəm ki, bu stradegiya olduğu kimi qalır.
 
-Axı o körpülərdən Dağlıq Qarabağdakı işğalçı qüvvələr də istifadə edə bilər...

-Mən bunu indandırıcı hesab etmirəm. Çünki işğalçı qüvvələr ondan sadəcə tranzit baxımından istifədə edə bilərlər, lakin dDigər tərəfdən, nəzər salsaq görərik ki, orada tranzit üçün imkanlar o qədər də geniş deyil. Həm avtomobil yolları, həm də dəmir yolları baxımından, onların bağlantısı yoxdur.
Burada əsas məsələ odur ki, Ermənistan və onun əhalisi heç də böyük maraq kəsb edən bir bazar kimi maraqlı deyil. Bilirik ki, onun əhalisi azalmağa doğru gedir.
Vaxtıilə ermənilər işğal etdikləri ərazilərdən qarət etdikləri dəmir-dümürü aparırdılar İrana. Yadımdadır ki, Köçəryan vasitəçilərə də deyirdi ki, mən hərbiçiləri saxlaya bilmirəm, onlar bu qarətin hesabına varlanmaq istəyirlər. Ermənilərin bu məsələyə baxışları o səviyyədədir.
Bütün bunların həlli üçün yeganə yol işğal edilmiş əraziləri azad etməkdir.


Facebook-da paylaş