Türkiyədə son 24 saatda koronavirusdan daha 95 nəfər öldü



Türkiyədə son sutka ərzində daha 95 nəfər koronavirusdan dünyasını dəyişib.


AzFakt.info bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 2131 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 2900, yoluxanların sayı isə 112 min 261 nəfərə çatıb.

F.Koca indiyədək 33 791 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.


Facebook-da paylaş