İngiltərədən Hollandiyaya "üzən" məktub - 40 il sonra ortaya çıxan sürpriz


1979-cu ildə Hollandiyanın Vestkapelle şəhərinin sakini Natali Smit sahildə iti ilə gəzərkən çimərlikdə qəribə bir şüşə qab tapır.


Şüşənin içərisindəki məktub onun marağına səbəb olub. Məktubu oxuyan Natali öyrənib ki, o İngiltərənin Dangeness şəhərindən iki rəfiqə - onun adaşı Natali Smit və Nadin Uorren tərəfindən yazılıb.
 
“Daily Mail”in yazdığına görə, məktub şüşə qabda çox da səyahət etməyib. Cəmi yarım ay sonra o Hollandiya sahillərinə çatıb və digər Natali tərəfindən tapılıb.
Rəfiqələr məktublarını tapan şəxsdən onlara cavab yazmalarını xahiş ediblər. Lakin N. Smit onların bu xahişini yerinə yetirməyib və şüşəni evə gətirərək şkafda saxlayıb. Unudulan şüşə 40 il saxlandığı yerdə qalıb.
 
2020-ci ildə məktubla tanış olan Natalinin oğlu Rocer Uoldenberq anasını inandıra bilib ki, o, müasir texnoloji ünsiyyət vasitələrilə həmin qadınları tapıb.
Rəfiqələrdən biri, Natali Smit bildirib ki, onlar geoloji səyahət zamanı insanları ekoloji fəallığa səsləyən belə bir mesaj göndərmək qərarına gəliblər. Ümid ediblər ki, kimsə onların çağırışına cavab verəcək.


Ancaq 10-15 gün sonra onlar bu macəranı unudublar.
Natali Smit digər rəfiqəsinin Kanadaya köçdüyünü deyib və 1979-cu ildən sonra ekoloji vəziyyətin daha da pisləşməsinə təəssüfləndiyini bildirib. (m
oderator.az)



Facebook-da paylaş