Xocalıda 13 uşaq xaç suyuna çəkildi... -FOTOLAR

26 il öncə burada Azərbaycan uşaqları çarmıxa çəkilmişdi...




26 il əvvəl Azərbaycan türklərinə qarşı  misli görünməmiş vəhşiliklər törədilmiş Xocalı rayonundakı yurdlarımızı zəbt etmiş ermənilərin həyatı öz axarıyla davam edir. 

AzFakt.info Moderator.az-a istinadla xəbər verir ki, ötən bazar günü rayonun “Parux” adlandırılmış Fərrux kəndində 13 erməni uşağı xaç suyuna çəkilib. Onları “ruhi-mənəvi doğuluş”ları münasibəti ilə təbrik edən keşiş uşaqları daim “Allah qanununa” uyğun yaşamağa çağırıb...

Xatırladaq ki, 1991-1992-ci illərdə Azərbaycan oğulları Fərrux kəndi uğrunda ölüm-dirim döyüşləri aparsalar da, digər məntəqələrimiz kimi o da xəyanət nəticəsində düşmənə təslim edilib.

P.S. Azərbaycan uşaqlarını çarmıxa çəkənlər indi öz uşaqlarını xaç suyuna çəkib “Allah qanunu”ndan danışırlar...









Facebook-da paylaş