Kim daha yaxşı oynayır - Zaxarova, yoxsa Tereza Mey? - Video



 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində özünün və Britaniya baş naziri Tereza Meyin rəqs videolarını yerləşdirərək onların müqayisəsini izləyicilərin öhdəsinə buraxıb.

“Kimin rəqs stili beynəlxalq münasibətlərdə sizə daha yaxındır?”, - deyə diplomat yazıb.

Qeyd edək ki, 2016-cı ildə Zaxarova vədini yerinə yetirərək Rusiya-ASEAN sammiti çərçivəsində keçirilən rəsmi qəbulda rəqs edib. Britaniya baş naziri isə bu yaxınlarda Afrika ölkələrinə səfəri zamanı rəqs edib.




Facebook-da paylaş