Kolumbiyada hərbi təyyarə qəzaya uğradı - 8 ölü






Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 8 hərbçi həlak olub.
Bu barədə prezident Xuan Manual Santos "Twitter"də yazıb.
“Biz Kolumbiya ordusunun təyyarəsinin Kundinamarkdakı insidentinin qurbanlarının yaxınları ilə həmrəyik, 8 insan həyatını itirib”, – deyə prezident vurğulayıb.
Xilasetmə xidmətinin məlumatına əsasən qəzaya uğrayan təyyarənin markası “Cessna Caravan”dır. O, Tolima departamentindəki hərbi bazadan havaya qalıbmış.
“Tiempo” portalı isə təyyarənin telekommunikasiya anteninə çırpılması barədə məlumat yayıb.
AzFakt.info


Facebook-da paylaş