"Bu jurnalistlərin evsiz qalması yaxşı hal deyil"




Azərbaycanda jurnalistlərə növbəti dəfə ev veriləcəyi elan olunub.  Artıq evlər hansı şərtlərə daxilində veriləcəyi də açıqlanıb. 

Mətbuat Şurasının idarə heyyətinin üzvü Əməkdar jurnalist, Azər Həsrət Moderator.az -a açıqlamasında buna münasibət bildirib:




"Bu gün Azərbaycanda minlərlə jurnalist ev iddiasındadır. Evlərin sayı azdır. Buna görə də evlərin verilməsi ilə bağlı kriteriyaların müəyyən olunması doğru haldır.  Həyatının böyük bir hissəsini mətbuata həsr etmiş amma hazırda evsiz olan jurnalistlərin evsiz qalması yaxşı hal deyil. Dövlətin bu layihəsindən belə jurnalistlərin yayarlana bilməsi çox yaxşı haldır. 

Bir xatırlatma edib demək istəyirəm ki, SSSR- dövründə müxtəlif sahələrdə vətəndaşlara evlər paylanılırdı. Onda şərtlər indikindən qat-qat çətin olsa da heç kim buna etiraz etməyərək öz növbəsini gözləyirdi."

AzFakt.info



Facebook-da paylaş