Ayın real görüntüsü hamını şoka saldı - FOTO

 

Əgər gördüyünüz ilk şəxsdən Ay səthinin hansı rəngdə olduğunu soruşsanız, o yəqin ki, gümüşü rəngli gecə işığına baxmayaraq “boz” cavabını verər. Həqiqətən də, Yerin təbii peykinin çoxsaylı fotoları boz çalarlarla əks olunub, ancaq reallıqda bizə ən yaxın səma kölgəsi tamamilə başqa cür görünür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Esoreiter” İnformasiya-İdrak portalında yerləşdirilmiş məqalədə bildirilir.

Qeyd olunur ki, “aslan başlı” Selenanın (yunan mifologiyasında Ayı simvolizə edən ilahənin adı – red) fotosunun qeyri-korrekt işlənilməsi sayəsində orta statistik “obıvatellər” yanlış olaraq Ayın boz olması qənaətinə gəliblər.

Əslində isə, Selena müxtəlif rənglərdə olması ilə təəccübləndirir.

Fotorəssam Alan Paylu Amerika Milli Kosmik Agentliyinin (NASA) xahişi ilə Ayın peyk şəkillərindən birinin üzərində işləyib. Agentlik bu zaman fotorəssamdan fotonun qamma rənglərinin maksimum dərəcədə reallığa yaxın olmasına çalışmağı xahiş edib. Bu işdə A.Payluya Ay səthini öz gözləri ilə görmüş astronavtlar kömək edib. NASA-nın rəsmi saytında dərc olunmuş fotonu aşağıda seyr bilərsiniz.

Planetoloqlar bildirirlər ki, səma kölgəsinin rəng palitrasına əsasən, onun kimyəvi tərkibini öyrənmək mümkündür. Beləliklə, bənövşəyi hissə burada titan və dəmirin mövcud olmamasına işarədir. Mavi hissəli rayonlar isə əksinə, titanla zəngin sahələrin olduğundan xəbər verir. Bir qədər tünd rəngli hissə Arximed kraterinin şərqindəki Yağış Dənizinə məxsusdur.

Qeyd olunur ki, A.Paylunun üzərində işlədiyi fotoşəkil hələ 1965-ci ildə “Apollon”un Aya səfəri zamanı çəkilib.
Astronavtlar Selenanı bütün rəngləri ilə birgə çəkiblər, ancaq həmin dövrün fotokamerası Ayın bütün rəngləri göstərməyə imkan verməyib. Bugünki aparatlar, hətta ən qabaqcılları da bu vəzifənin öhdəsindən gələ bilmir.

Buna görə rəssam qarşısına Aya enmiş insanın gözünün onu necə gördüyünü əks etdirmək vəzifəsi qoyub. Əlbəttə ki, bu zaman rəssam bütün mümkün vasitələrdən istifadə edərək onun zərif rəng palitrasının bütün çalarlarını dəqiq əks etdirməyə çalışıb.







Facebook-da paylaş