İŞİD-in və Qərb mediasının hədəfi mənəm - Ərdoğan





ABŞ-da bəzi həddini bilməyən adamların oyunları ilə Türkiyə haqqında yalan məlumatlar yazılır.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin paytaxtı Pekində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Yazırlar ki, Türkiyə İŞİD-ə qarşı mübarizədə lazım olan qədər dəstək verməyib. Halbuki bu terror təşkilatına ən böyük zərbəni elə Türkiyə vurub. Lap əvvəldən bəri mən həm Qərb mediasının, həm də İŞİD-in hədəfindəyəm. Birmənalı şəkildə deyirəm, İŞİD-in hədəfi mənəm!” - Ərdoğan bildirib.

AzFakt.info


Facebook-da paylaş