Sərkisyandan Qarabağ şərhi: Bizi ağrılı qərar gözləyir





Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Serj Sərkisyan hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı deyib.
“Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”, - deyən Sərkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirməyib.

Lakin “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Sərkisyan ərazilərin qaytarılmasından danışır: “ATƏT-in Minsk Qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edir”.

Ermənistanın millətçi Daşnaksütyun Partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da Sərkisyanın fikirlərini bölüşüb və qeyd edib ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq.


Facebook-da paylaş