Sərkisyan Şuşanın işğalını qeyd etmək üçün Qarabağa gəldi





Ermənistan Prezidenti Serj Sərkisyan dünən Azərbaycanın işğal altında olan ərazisinə gəlib.
Axar.az “1in.am”a istinadən xəbər verir ki, Sərkisyanı Xankəndi hava limanında Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb. Sərkisyan Qarabağa Şuşanın işğalının 25 illiyini qeyd etmək üçün yollanıb.
Qeyd edək ki, Şuşa 1992-ci ilin 8 mayında işğal olunub. Sərkisyan Şuşanın işğalı əməliyyatında yaxından iştirak edib.


AzFakt.info


Facebook-da paylaş