Səfirdən NATO-ya təhdid: Rusiya cavabınızı verəcək





NATO Norveçə raketdən müdafiə sistemləri yerləşdirərsə, bunun sadəcə sözügedən ölkə üçün deyil, ittifaq üçün nəticələri gözlənilməz olacaq.

AzFakt.info xəbər verir ki, bu sözləri Rusiyanın Norveçdəki səfiri Teymuraz Ramşvili “Dagbladet” qəzetinə açıqlamasında deyib.
“Rusiya bunun mütləq cavabını verəcək. Rusiya və Norveç məsələ ilə bağlı fərqli görüşlərə sahib ola bilər. Bu, normaldır. Lakin yaxşı qonşular dialoq qurmalı və hər iki tərəfi təmin edən həll yolları axtarmalıdır”, - səfir bildirib.
Ramşvili onu da əlavə edib ki, ölkəsi Arktikaya silah-sursat göndərməyi planlaşdırmır.


Facebook-da paylaş