Söndürdüyü telefonuna 53 gün zəng etdik - Şəhid leytenanın döyüş yolu...


Söndürdüyü telefonuna 53 gün zəng etdik - Şəhid leytenanın döyüş yolu...
Vətən deyə and yerimiz , azadlıq deyə amalımız var bizim. Andımıza sadiq qalıb amalımız uğrunda can verməyi də can almağı da gözə almışıq. Yetər ki, "vətən var olsun" olub dillərin əzbəri könüllərin bəzəyi. Vətənin bəzəyi isə azadlıq olub. Azadlığı nur saçan şəhidlərdi. Canları bahasına qazandıqları azadlıq vətənə mirasdır. Vətənə azadlıq nurunu saçan qəhrəmanlardan biridi Cavid. Vətən müharibəsində şücaətləri ilə dildən-dilə düşən Nuruyev Cavid Əşirəf oğlu 1998-ci il mart ayının 3-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Oğuz kəndində dünyaya göz açıb. 


O, ailənin dörd övladından yeganə oğul övladı idi. Üç bacısının dayağı, ata-anasının ümüdi idi Cavid. Körpəlikdən vətən sevgisi gözlərindən oxunurdu. Addımları ilə gələcəkdə vətənin layiqli övladı olcağı o zamandan bəlli idi. Nuruyev Cavid 2005-ci ilda Şərur rayon 22-N li Aşağı Daşarx kəndi tam orta məktəbinin 1-ci sinifinə gedib. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Heydər Əliyev adına Ali Hərbi kollecinə daxil olub. Cavid hər zaman işində məsulliyətli və peşəkarlığı ilə seçilirdi. O, 4-cü kursda oxuduğu müddətdə 27.12.2018-ci ildə təhsilində fərqləndiyinə görə özünə və valideynlərinə təşşəkürnamə göndərilmişdi. 2019 ci il hərbi akademiyanı birinciliklə başa vurub Mingəçevir şəhərində leytenant kimi hərbi rütbəsi başlayıb. 
 
Cavid bir hərbçi üçün diqqətin nə qədər önəmli və vacib olduğunu yaxşı dərk edirdi. Buna görə də 2020-ci ildə martın 4-də fəxri fərmanla təltif edilir. Xalq olaraq əzimli və yenilməz xalqıq. Bunun sübutu bu günümüzdür. Əgər belə olmasaydı, min illərin sınağından çıxıb azad Azərbaycan olaraq bu günlərə gəlməzdik. Neçə-neçə qanlı pəncərələrdən qurtulmuşuq, kürəyimizdə neçə pəncərənin cırmaq izləri qalıb. Biz qəlbimizdə acılarımızı da özümüzlə bərabər böyütmüşük. Dünənimizi unutmamışıq ki, sabahımız işıqlı olsun. Dünənlərdən çıxıdığımız qaranlıq yol bu günlərdə aydınlığa çıxdı. 
 
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində çox qəhrəmalıqları duyduq, qürrələndik. Nuruyev Cavid Əşrəf oğlu da Vətən müharibəsində qəhrəmancasına vuruşmuş və bir çox ərazilərin işğaldan azad edilməsində böyük rol oynamışdı. Murov dağı, Suqovuşan, Ağdərənin yüksək zirvələrin alınmasında iştirak etmişdir.

 O, oktyabrın 15-də Ağdərə istiqamətində qəhrəmancasına şəhid olub. Sonuncu dəfə oktyabrın 4-də ailəsi ilə danışanda telefonunu söndürəcəyini və ondan narahat olmamalarını xahiş edir. Sən demə  Cavid getdiyi yolunun dönüşü olmadığını əvvəlcədən bilirmiş. O susan telefona ailə 53 gün zəng etdi. Ancaq bir cavab gəlmədi. Artıq ümüdləri də tükənmişdi. Cavidin şəhid olma xəbəri 29 noyabr ailəyə verilib və bütün ümüdləri puç olmuşdu. O, noyabrın 30-da Şərur rayonun Şəhidlər Xiyabanında dəfn olunmub. 
 
Ölümündən sonra Prezdent İlham Əliyev sərcamı ilə "Vətən uğrunda" medal ilə təltif edilib.
 
Allah Vətənin azadlığı uğrunda şirin canından keçən cəmi şəhidlərimizə rəhmət eləsin!
 
Vasif Əlihüseyn


Facebook-da paylaş