Əsas Səhifə > İqtisadiyyat > Qazaxıstandan Azərbaycana 18 min diri qoyun gətirilib

Qazaxıstandan Azərbaycana 18 min diri qoyun gətirilib


20-01-2020, 23:02



Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi ölkədən iribuynuzlu mal-qara və qoyun ixracını dayandırıb.

Virtualaz.org xəbər verir ki, nazirlik bunu ötən il ölkədən iribuynuzlu mal-qara və xırdabuynuzluların ixracının ötən il kəskin artması, nəticədə Qazaxıstanda ət və ət məhsullarının bahalaşması ilə əsaslandırıb.
Nazirlik bildirir ki, ötən il ölkədən 156 min iribuynuzlu heyvan çıxarılıb. Onların əksəriyyəti -121.6 min (78 faiz) heyvan qonşu Özbəkistana ixrac edilib. 14 faiz heyvan ixracı isə Ermənistana yönəlib.


Habelə Qazaxıstandan ötən il 264 min baş qoyun ixrac edilib ki, onlardan da yarıdan çoxu ana qoyunlardır. Qazaxıstan qoyunlarının əsas alıcısı Özbəkistan olub. Qonşu ölkəyə 200 mindən çox qoyun göndərilib. Rusiya Qazaxıstandan 21.5 min, Azərbaycan 18 min, İran isə 12 minə yaxın qoyun alıb.

Nazirlik bildirir ki, diri heyvanın ölkədən kütləvi ixracə Qazaxıstanın özündə ət və ət məhsullarının bahalaşmasına, ət emalı müəssisələrinin işinin azalmasına gətirib çıxarıb. Ötən il onlar istehsal gücünün yarısı qədər işləyə biliblər.

Xatırladaq ki, Azərbaycan son illərdə xaricdən ət idxalını da artırır. Ət idxalında artım ötən il 50 faizə yaxın olub.



Geri qayıt