Notice: Undefined index: password in /home/u334651im8/domains/azfakt.info/public_html/engine/print.php on line 17

Warning: uasort() expects parameter 1 to be array, null given in /home/u334651im8/domains/azfakt.info/public_html/engine/print.php on line 17
Çap versiya > Azərbaycan nefti ucuzlaşır
Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır


17-10-2018, 09:34



CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 81,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,19 dollar/barel azdır. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 81,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 15-də 78,03 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 15-də 81,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.


Geri qayıt