Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var - Rəsmi



Cari il iyunun 1-nə olan məlumata əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 367,1 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 8,5 milyon dollar azdır.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında deyilir.

Bildirilir ki, dövlət borcunun 5 milyard 201,8 milyon dolları hökumətin payına düşür.

Hesabatda Gürcüstanın xarici dövlətlərə borcu da yer alıb. Məlumata görə, iyunun 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7,43 milyon dollar təşkil edib. Gürcüstanın ən çox borcu Almaniyayadır (317,9 milyon dollar).


Facebook-da paylaş