Azərbaycan nefti bahalaşdı



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 16-da 73,78 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,07 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,92 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.



Facebook-da paylaş