Komitə sədri : "Azərbaycan banklarında faiz dərəcələri yüksəkdir"



“Bu gün biz Azərbaycanda bankların fəaliyyətindən razı qala bilmərik. Banklarda faiz dərəcələri yüksəkdir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, bir neçə ölkədə, eləcə də Azərbaycanda banklarda faiz dərəcələri yüksəkdir.

O qeyd edib ki, ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır: “Faiz dərəcələri azaldılmalıdır”.


Facebook-da paylaş