Azərbaycan nefti bahalaşıb



CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 83,56 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,35 dollar/barel çoxdur. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 82,80 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 25-də 79,93 dollar/barel təşkil edib ki, bu əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 25-də 82,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,45 dollar/barel çoxdur.


Facebook-da paylaş