Neftimizin bir barrelinin qiyməti 60 dollara çatır





Azərbaycan neftinin qiyməti 1 dollardan çox bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar bahalaşaraq 59,70 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 52,62 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 59,38 dollar təşkil edib.


Facebook-da paylaş