Əsas Səhifə > Hadisə > Millət vəkilinin oğlu 200 km sürətlə DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ:

Millət vəkilinin oğlu 200 km sürətlə DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ:


16-07-2019, 17:48

Millət vəkilinin oğlu 200 km sürətlə DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: ölənlər var - FOTO

Rusiya parlamentində Çelyabinsk vilayətinin Kunaşaksk rayonu təmsilçisi İlfat İmanqulovun oğlu Ruslan İmanqulov dəhşətli yol-nəqliyyat hadisəsinə səbəb olub.

AzFakt.info xəbər verir ki, o, avtomobili ilə iki piyadanı öldürüb.
İmanqulov bahalı markalı avtomobilini 200 km/saatla idarə edib. Bu zaman anidən onun qarşısına it çıxıb. o da iti vurmamaq üçün istiqamətini dəyişməyə çalışıb. Nəticədə piyada keçidinin üzərinə çıxıb və oradakı iki nəfəri vurub. Hər iki şəxs hadisə yerində keçinib.(publika.az)


Ölənlərin ər-arvad olduğu bildirilir.




Geri qayıt