Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır






Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəssarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

AzFakt.info xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova Report-a deyib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:
“Hələ də reanimasiya şöbəsindədir. Onun bədəninin 70 faizi yanıb. Əsasən qarın və kürək hissələri yandığı üçün daxili orqanlarda müəyyən problemlər yaradıb. Həkim müayinə müalicəni davam etdirir.

Qeyd edək ki, 36 yaşlı C.Telman dünən evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.


Facebook-da paylaş