Şahbaz Quliyevin anası dünyasını dəyişdi...
Xəbər verdiyimiz kimi 6 il yarım erməni girovluğunda qalan Şahbaz Quliyevin anası Sənəm xanım dünyasını dəyişib.
Bu haqda Moderator.az-a açıqlamasında Şahbaz Quliyevin dostu, jurnalist Səbuhi Rəhimli bildirib. O, bir neçə dəqiqə öncə bu xəbəri Şahbazdan aldığını deyib:
“Şahbazla hər gün danışırıq. Bayaq danışanda gördüm ki, ağlayır. Dedim ki, nə olub? Dedi ki, anam rəhmətə getdi, mən də rayona gedirəm”.
Qeyd edək ki, Ş.Quliyevin anası onun 6 il yarım erməni girovluğunda qalmasından xəbərsiz olub. Ona Şahbazın Rusiyada olduğu bildirilib.
Allah rəhmət eləsin!
Vasif Əlihüseyn
Facebook-da paylaş