Gecə Xankəndində atəş səsləri! - Ermənilər “azərbaycanlılar gəlir” deyə təşvişə düşdü…


Gecə saatlarından başlayaraq v bəzi erməni saytlarında və sosial şəbəkələrdə guya Şuşa ətrafında atışma səsləri gəlməsi haqda xəbərlər dolaşmağa başlayıb. Bir az sonra isə Xankəndi ərazisində də  bir neçə istiqamətdən atəş səsləri eşidilməsi barədə məlumatlar yayılıb.

Moderator.az xəbər verir ki, işğalçı ölkənin 168.am nəşri vəziyyətə aydınlıq gətirmək üçün separatçı-terrorçu xuntanın nümayəndəsi VaqramPoqosyandan açıqlama götürüb. 

“Gecə saat 2-3 saat radələrində, bəlkə də daha sonra sərxoş olan iki nəfər Stepanakertin bir neçə rayonunda avtomatik silahdan atəş açıblar. Hazırda polis müvafiq araşdırma aparır. Mən bir daha sakinlərimizi təşvişə düşməməyə  çağırıram. Çünki mətbuatda guya azərbaycanlıların Stepanakertdə görünməsi barədə məlumatların heç bir əsası yoxdur" – deyə, V. Poqosyan bildirib.


Facebook-da paylaş