Ohanyanın döyüşlərdə ağır yaralanan oğlu öldü






Ermənistan ordusunun hərbi qulluqçuları Ermənistanın 8-ci Müdafiə rayonunun komandiri, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanın ölməsi barədə məlumat paylaşıb.

Axar.az Ordu.az-a istinadən xəbər verir ki, onun cəsədi artıq Ermənistana aparılıb.

Qeyd edək ki, Artur Ohanyan oktyabrın 7-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları zamanı ağır yaralanmışdı. Onun iki ayağı da amputasiya olunmuşdu.

Xatırladaq ki, Şuşa uğrunda döyüşlərdə Seyran Ohanyanın özünün də yaralandığı barədə məlumatlar yayılmışdı.


Facebook-da paylaş