Təbriz yaxınlığında bir neçə güclü partlayış baş verdi...



Cümə günü - iyulun 31-də günortadan sonra  Təbriz şəhəri yaxınlığında güclü partlayış səsləri eşidilib.

Moderator.az -ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, bir sıra İran mənbələri partlayışların  İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus hərbi bazada baş verdiyini iddia edirlər.


Daha əvvəl xəbər verilmişdi ki, İran təhlükəsizlik xidmətinin üzvü ötən ayın əvvəlində bir nüvə obyektində partlayışın səbəbi kimi obyektə pilotsuz uçaq və ya raket zərbələri endirilməsini göstərib.

Hadisə iyulun 2-də İranın mərkəzindəki Natanz şəhərində bir anbarda baş verib.


Facebook-da paylaş