20 yaşlı qız intim münasibət zamanı öldü - FOTO





İtkin düşən 20 yaşlı qızın meyiti tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qızın öldürüldükdən sonra meyitinin meşəlik ərazidə, çayın yaxınlığına atılıb, qurumuş ağac budaqlarının arasında gizlədildiyi məlum olub.

İngiltərənin Staffordşir qraflığında baş verən cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib. 20 yaşlı Keeley Bunker-in qatili cinayəti etiraf edib.

Wesley Streete adlı oğlan hakim qarşısına çıxaraq qızın cinsi əlaqə zamanı öldüyünü dilə gətirib. O, bildirib ki, kobud intim münasibət zamanı istəmədən qızın ölümünə səbəb olub.

Oğlan qızın ən yaxın dostu olduğundan etirafı eşidən şəxslər, xüsusən də Keeley-in valideynləri dəhşətə gəliblər.

Qeyd edək ki, Wesley ilkin ifadəsində cinayətdən xəbərsiz olduğunu bildirmişdi, məsuliyyəti boynundan atmağa çalışmışdı.




Facebook-da paylaş