Milli Məclisin deputatı koronavirusa yoluxub - YENİLƏNİB



Milli Məclisin deputatı Sahib Alıyev COVID-19 virusuna yoluxub.

Bu barədə "Report"a açıqlamasında 55 yaşlı deputat özü bildirib.

"Koronavirus testinin nəticəsini aldım, təəssüf ki, nəticə pozitivdir", - o, əlavə edib.

***
16:10

"İndi bir az özümü yaxşı hiss etmirəm".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O bildirib ki, bir neçə gün əvvəl koronavirus testi verib:

"Hələ ki, testin nəticəsi açıqlanmayıb. Ona görə də koronavirusa yoluxub-yoluxmamağımla bağlı heç nə deyə bilmərəm. Əgər testin nəticəsi pozitiv olsa, bununla bağlı özüm məlumat verəcəyəm".

Qeyd edək ki, sosial şəbəkələrdə S.Alıyevin koronavirusa yoluxması barədə məlumat yayılıb.


Facebook-da paylaş