Zaqatalada tələbəni öldürən məktəbli tutuldu



Mayın 14-də saat 19 radələrində Zaqatala rayonunun Mosul kənd sakini, 2002-ci il təvəllüdlü İlyas İlyasov kəndin ərazisindəki idman meydançasında bıçaqlanaraq öldürülüb.

Zaqatala Rayon Prokurorluğundan bildiriblər ki, dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 2003-cü il təvəllüdlü rayon sakini Əliməmməd Əliməmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ə.Əliməmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və peşman olduğunu bildirib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, Ə.Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, İ.İlyasov isə universitet tələbəsidir.


Facebook-da paylaş