Sərnişin təyyarəsi parça-parca oldu - 177 sərnişin arasında ölən yoxdur



Türkiyədə sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

AzFakt.info
 Türkiyə mediasına istinadən xəbər  verir ki, İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi dənizin üzərindən Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və yolun kənarına yuvarlanıb.

Qəza nəticəsində Sabiha Gökçen aeroportu fəaliyyətini dayandırıb, uçuşlar İstanbul hava limanına yönləndirilib.

Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Sərnişinlər təyyarədən təxliyə edilir. Nəqliyyat naziri Cahit Turhan bildirib ki, təyyarədə 177 sərnişin olub. Onun sözlərinə görə, qəzada ölən yoxdur. Bir neçə nəfər yaralanıb.


Facebook-da paylaş