SON DƏQİQƏ: Türkiyədə iki güclü zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ: Türkiyədə iki güclü zəlzələ BAŞ VERDİ

Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.

AzFakt.info yerli mənbələrə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Akhisar rayonunda yerin 7 kilometr dərinliyində yerləşib. Bu zəlzələdən bir neçə dəqiqə əvvəl bölgədə rixter cədvəli üzrə 4,3 bal gücündə yeraltı təkan qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, son aylar Türkiyədə seysmik fəallıq müşahidə olunur. İki həftə əvvəl Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 41 nəfər həyatını itirib.




Facebook-da paylaş