16 yaşlı nişanlı qızın intihar səbəbi bəlli oldu - TƏFƏRRÜAT

İmişlidə 16 yaşlı qızın intihar etməsi ilə bağlı bəzi detallar məlum olub.

Lent.az -ın əldə etdiyi məlumata görə, intihar edən Dünyaxanım Səmədova sonuncu dəfə nişanlısı ilə telefonla danışıb. D.Səmədova nişanlısının onu sevmədiyindən gileylənərək “məni sevmirsən” deyib və bundan sonra özünü asıb. Yeniyetmə qızın adaxlısı isə rayonun Qızılkənd sakini olduğu deyilir.
Deyilənə görə, D.Səmədovanın kasıb və sadə ailəsi olub. Kiminsə bu ailəyə qarşı düşmənçilik niyyətində olmadığı bildirilir.


Facebook-da paylaş